Əfqanıstanda 60-a yaxın məktəbli qız zəhərlənərək xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hadisə ölkənin Sar-e-Pol əyalətinin Sançərək rayonunda baş verib. Polisin məlumatına görə, naməlum şəxslər Sançərək rayonundakı qızlar məktəbinə daxil olaraq sinif otaqlarını zəhərləyiblər. Qızlar dərsə gələndə özlərini pis hiss ediblər. Sar-e-Pola polisinin sözçüsü hansı maddənin istifadə edildiyini və hadisənin arxasında kimin olduğunu açıqlamayıb.
Qeyd olunur ki, həmin əraziyə Taliban nəzarət edir.
Seymur Əli