Ukraynanın BMT-dəki nümayəndələri Kaxovka su elektrik stansiyasında baş vermiş partlayışla əlaqədar təşkilatın Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Görüş iştirakçıları bir sıra beynəlxalq tədbirlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması, beynəlxalq ekoloji təşkilatlara, Beynəlxalq Cinayət Məhkəməsinə müraciətlər barədə razılığa gəliblər, çünki rusların bu cür hərəkətlərində Cenevrə Konvensiyasının pozulmasının açıq əlamətləri var", - bəyanatda deyilir.

Ağarza Elçinoğlu