Türkiyənin Adana vilayətinin Tufanbəyli rayonunda jandarma bölməsinin rəisi vəzifəsində çalışan baş çavuş Bayram Boyraz evində ölü tapılıb.

"Unikal" Türk mətbuatına istinadla xəbər verir ki, 44 yaşlı B.Boyrazın evindən silah səsləri eşidən qonşular polisə xəbər veriblər. 

Jandarma rəisinin intihar etməsi və ya öldürülməsi ilə bağlı araşdırma aparılır. 

Ağarza Elçinoğlu