Bu gün İrəvanda silahlı insident nəticəsində kriminal aləmin üzvü öldürülüb.

"Unikal" xəbər verir ki, İrəvanın Ərəbkir polis şöbəsinə yolun Baqramyan prospektindən Proşyan küçəsinə gedən hissəsində, 8 saylı poliklinikanın yanında kişi meyitinin tapılması barədə məlumat daxil olub.

Polis göstərilən yerdə güllə yaraları olan bir kişi meyiti tapıb. Faktla bağlı Ərəbkir şəhərinin istintaq şöbəsində cinayət işi başlanıb.

Polis və istintaq idarəsi tərəfindən qətlə yetirilən şəxsin şəxsiyyəti müəyyən edilir, qətli törədən şəxsin müəyyən edilməsi və qətl silahının tapılması istiqamətində birgə əməliyyat-axtarış və istintaq hərəkətləri həyata keçirilir.

Hadisə yerinə toplaşan vətəndaşlar kriminal aləmdən olan “Qnunetsi Varazik”in öldürüldüyünü bildiriblər.