Bu gün Türkiyə çempionatında sonuncu turun oyunu keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" səfərdə "Beşiktaş"la qarşılaşıb. Oyuna ehtiyat oyunçular skamyasında başlayan Emreli 46-cı dəqiqədə meydana daxil olub. O, meydana daxil olduqdan 1 dəqiqə sonra 47-cı dəqiqədə komandasının 2-ci, bərabərlik qolunun müəllifi olub.
Hazırda "Beşiktaş" 35 oyundan 77 xalla 3-cü, "Konyaspor" isə 35 matçdan 50 xalla 8-ci yeri tutur.