Gürcüstan ordusunun azərbaycanlı hərbçisi Yusif Nəsibov odlu silahdan açılmış atəş nəticəsində həlak olub.

"Unikal" gürcü KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

"İyunun 8-də Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi Müdafiə Qüvvələrinin hərbi hissələrindən birinin sıravi əsgəri Yusif Nəsibovun (2005-ci il təvəllüdlü) ölümü ilə bağlı araşdırmalara başlayıb. Adıçəkilən hərbi qulluqçunun üzərində dirək silahı taxılmış, gecə-gündüz növbətçilik həyata keçirilib. Silah səsi ilə əlaqədar postda yoxlama aparılıb və Y.Nəsibovun meyiti aşkar edilib", - məlumatda deyilir. 

İlkin məlumata görə, mərhum çənəsindən güllə yarası alıb və hadisə yerində ölüb.

Hazırda faktla bağlı Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən araşdırmalar davam etdirilir.