"Rusiyanın Ukraynaya qarşı əsassız işğalçılıq müharibəsi Kaxov SES-in bəndinin dağıdılmasının əsas səbəbidir".  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo Kiyevdə keçirdiyi mətbuat konfransında bəndin dağıdılmasının arxasında kimin dayanması ilə bağlı sualı cavablandırarkən deyib.

O, Rusiyanın başlatdığı müharibənin Ukraynada infrastrukturu məhv etdiyini, ailələri məhv etdiyini, insanların həyatını itirdiyini, həmçinin "bütün dünyada enerji, iqtisadiyyat və qida ilə bağlı problemlərə səbəb olduğunu" vurğulayıb.

"Rusiya məsuliyyət daşıyır və cəzasını da çəkəcək", - baş nazir vurğulayıb.