UEFA Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçirilib.

"Unikal" xəbər verir ki, Türkiyənin İstanbul şəhərində oynanılan həlledici görüşdə İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları üz-üzə gəliblər. Atatürk Olimpiya Stadionundakı qarşılaşma "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə qapılara qol vurulmayıb. Əvəzində "şəhərlilər" ciddi itki ilə üzləşiblər. Zədələnən Kevin De Brüyne 36-cı dəqiqədə Fil Fodenlə əvəzlənib.

Matçdakı yeganə qol 68-ci dəqiqədə vurulub. Cərimə meydançasındakı qarışıqlıqdan sonra top Rodrinin qarşısına düşüb. İspaniyalı yarımmüdafiəçi isə qüvvətli və dəqiq zərbə ilə komandasına tarixi qələbə qazandırıb.

Beləliklə, "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. "İnter" isə indiyədək oynadığı 7 finalda 4-cü məğlubiyyətini alıb.

 

xxx

00:33

Türkiyənin İstanbul şəhərində İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçirilən Çempionlar Liqasının final oyununda hesab açılıb.

"Unikal" xəbər verir ki, 68-ci dəqiqədə Rodri "şəhərlilər"i önə keçirib - 1:0.

***00:22

Türkiyənin İstanbul şəhərində İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçirilən Çempionlar Liqasının final oyununda 2-ci hissə başlayıb.

"Unikal" xəbər verir ki,  ilk yarıdan sonra qapılara qol vurulmayıb - 0:0.

***23:51

Türkiyənin İstanbul şəhərində İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçirilən Çempionlar Liqasının final oyununda ilk hissə başa çatıb.

"Unikal" xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***23:16

Türkiyənin İstanbul şəhərində İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında Çempionlar Liqasının final oyunu başlayıb.

"Unikal" xəbər verir ki, Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir.