Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların aprel ayı üçün reytinqini açıqlayıb.

"Unikal" fanat-a istinadən xəbər verir ki, 501 klub arasında 4 Azərbaycan təmsilçisinin adı var.

Bunlar "Qarabağ", "Zirə", "Sabah" və "Araz-Naxçıvan"dır.  "Qarabağ" (143,5 xal) 124-cü yerdən 114-cü pilləyə yüksəlib. Ağdam təmsilçisinin ən yaxın izləyicisi Türkiyə kimandası "Başakşəhər"dir.

"Zirə" (94,75 xal) 220-ci yerdən 233-cü sıraya düşübsə, "Sabah" (68,5 xal) 393-cü pillədən 367-ci yerə qalxıb. 58,75 xalı olan "Araz-Naxçıvan" da yetərincə irəliləyə bilib. Muxtar Respublika təmsilçisi 492-ci pilləni 454-ə dəyişib.

1-ci yerdə "Real Madrid"dirsə (490 xal), onu əzəli rəqibi "Barselona" (434 xal) təqib edir. "3-lüy"ü Milan "İnter"i (390 xal) qapayır.