“Qarabağ” UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünə II təsnifat mərhələsindən başlayacaq.
"Unikal" xəbər verir ki, buna Fransanın PSJ klubunun turnirin yarımfinalında İngiltərənin “Arsenal” komandasını məğlub edərək finala yüksəlməsi səbəb olub.
Həm Paris klubu, həm də onun finaldakı rəqibi olan İtaliya “İnter”i Çempionlar Liqasının əsas mərhələsinə öz ölkələrinin çempionatından vəsiqəni təmin ediblər. Nəticədə Çempionlar yolunun təsnifat mərhələlərində klublardan ən yüksək reytinqlisi (“Olimpiakos”, Yunanıstan) birbaşa Liqa mərhələsində iştirak hüququ əldə edib. II təsnifat mərhələsində bir komandanın azalması ilk raundda mübarizə aparacaq iki ən reytinqli klubun təsnifat yolunu qısaldıb. Beləliklə, Slovakiya təmsilçisi “Slovan” (33,500) və “Qarabağ” (32,000) ilk raunddan azad edilib.