UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter” və “Barselona” komandaları arasında keçirilmiş cavab matçında xoşagəlməz hadisə yaşanıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, görüşün final fitinə 15 dəqiqə qalmış Milan təmsilçisinin azarkeşi infarkt keçirib. Xəstəyə dərhal müdaxilə edən həkimlər ürək ritmini bərpa ediblər. O, daha sonra reanimasiya şöbəsinə aparılıb.

Həkimlərin fikrincə, buna fanatın oyun zamanı ağır emosional stress keçirməsi səbəb olub.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən, “Barselona”nı 7:6 hesabı ilə məğlub edən “İnter” finalda Fransanın PSJ komandası ilə qarşılaşacaq.