Aktrisa Zendayanın (Zendaya Koulman) İtaliyada xoşagəlməz hadisə ilə üzləşib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, dostları ilə Romadakı restoranların birində masa sifariş edən aktrisanı məkana buraxmayıblar. Buna səbəb isə onun açıq-saçıq geyimi olub.
Məyus olan aktrisa dostları ilə yaxında yerləşən pizza restoranına gedib.