Türkiyəli müğənni Murad Dalkılıç verilişlərin birində keçmiş aktrisa həyat yoldaşı Merve Boluğur haqda danışıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi "Evləndiyinə peşmansan" sualına belə cavab verib:
"Peşman deyiləm. Çətin, amma əyləncəli evlilik idi. Sadəcə evliliyə qarşı ümumi fikrim dəyişib. Birinin üzünü bəyənib və ya yaxşı dost olmaqla həyat yoldaşı olmaq tamam fərqlidir. Bir daha evlənməyəcəm".
Qeyd edək ki, cütlük 2017-ci ildə boşanıb.