Dünyaşöhrətli aktyor Al Paçino 83 yaşında ata olub.  

"Unikal" xəbər verir ki, bu barədə aktyorun nümayəndəsi Sten Rozenfild məlumat verib.

“Al Paçino və Nur Alfallahın oğlu dünya gəlib”, - deyə S.Rozenfild bildirib.

O əlavə edib ki, valideynləri uşağın adını Roman Paçino qoyublar. Qeyd edək ki, bu, Al Paçinonun dördüncü övladıdır.