Türkiyənin ən reytinqli seriallarından olan "Yalı Çapkını"nın ölkə xaricində yayımlanması üçün ödəniiləcək məbləğ açıqlanıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rollarını Afra Saraçoğlu və Mert Ramazan Demirin paylaşdığı ekran işi yayımlanmaq üçün xarici ölkələrə 14 milyon lirəyə (təxminən 1 milyon 6600 AZN) satılır.
Xarici şirkətlər bu yüksək məbləği serialın sadəcə bir bölümü üçün istehsalçı şirkətə ödəyirlər.
Qeyd edək ki, hazırda ekran işi mövsüm finalına çıxıb.