"Çukur" serialındakı "Vartolu" obrazı ilə yadda qalan Erkan Kolçak Köstendil həyat yoldaşı ilə Şotlandiyaya gedib.
"Unikal" xəbər verir ki, tez-tez tətil fotolarını sosial şəbəkə hesabından paylaşan aktyor tənqidlərə səbəb olub. Belə ki, getdiyi ölkənin ənənələrinə uyğun olaraq ətək geyən Erkan diqqət çəkib.
Bir çox izləyici aktyorun geyimini məsxərəyə qoyub.