"Fənərbağça"nın ümumi toplantısında Ali Koçun çıxışı zamanı qurultay üzvləri arasında dava düşüb.
"Unikal" xəbər verir ki, bundan sonra Ali Şuranın sədri Uğur Dündar ümumi qurultayda 15 dəqiqəlik fasilə verib.
Şura sədri Uğur Dündarın bütün xəbərdarlıqlarına baxmayaraq dava səngiməyib. "Fənərbağça"nın prezidenti Ali Koç hadisələrlə əlaqədar çıxışına davam edə bilməyib.
Fasilə zamanı Uğur Dündar "Twitter" hesabından istefa verdiyini açıqladı.
Ağarza Elçinoğlu