Pensiya alan məşhurların sırasına Cem Yılmaz da qatılıb.
"Unikal" xəbər verir ki, bu haqda Cem özü məlumat yayıb. O bildirib ki, ilk maaşını da alıb.
"Artıq "Bağkur" təqaüdçüsüyəm və ilk maaşımı da aldım", - deyə, Yılmaz paylaşımında qeyd edib.
1988-ci ildə iş həyatına başlayan yumor ustası 12680 lirə (1117 manat) maaş alıb.