Hollivud ulduzu Arnold Şvartsenegger bildirib ki, namizədliyi irəli sürülsəydi, ABŞ prezident seçkilərində qalib gələ bilər.
"Unikal" xəbər verir ki, avstriya əsilli aktyor bu barədə "Who's Talking to Chris Wallace?" proqramına danışıb.
Belə ki, aparıcı 75 yaşlı aktyordan " Amerika prezidentliyinə namizədliyinizi verərdiniz?" deyə soruşub. Şvartsenegger isə cavabında "Bəli, əlbəttə" - deyib.
Lakin aktyor "əsl ABŞ vətəndaşı” olmadığı üçün prezidentliyə namizədlik üçün uyğun olmadığını vurğulayıb.
Qeyd edək ki, Amerika Konstitusiyasında prezidentin anadangəlmə ABŞ vətəndaşı olması vacibdir. Şvartsenegger 1968-ci ildə ABŞ-a mühacirət edib və 1983-cü ildə ABŞ vətəndaşı olub.
Gülayə Mecid