Məşhur müğənni Ebru Gündeşlə keçmiş həyat yoldaşı, cənubi azərbaycanlı iş adamı Rza Zarrab arasında qızları Alaranın qəyyumluğu ilə bağlı məhkəmə işində qərar elan edilib.
"Unikal" türk mediasına istinadən xəbər verir ki, gizlilik qərarı olan iş üzrə şikayətə ötən gün Beykoz Ədliyəsi 2. Ailə Məhkəməsində baxılıb.
Məsələ ilə bağlı irəli sürülən iddialara görə, qəyyumluq Gündeşdə qalıb və Zarrab 12 yaşlı qızını görə bilməyəcək.
Qeyd edək ki, Rza bir müddət əvvəl 11 il evli qaldığı Ebruya qarşı övladının qəyyumluğunu almaq üçün məhkəmədə iddia qaldırmışdı.