Xalq artisti Emin Ağalarov məşhur amerikalı aktyor Stiven Siqalla görüşüb.

"Unikal" xəbər verir ki, ikili Moskvada bir araya gəlib. Bu barədə Emin sosial media hesabında yazıb.

O, Stiven Siqalla olan fotosunu izləyiciləri ilə bölüşüb.

"Bəs bu yay Stiveni Bakıda görmək istəyirsiniz?" deyə, paylaşımında yazan Emin aktyorun Azərbaycana gələ biləcəyinə işarə edib.