"Qremmi" mükafatı ilə bağlı yeni qadağa qüvvəyə minib.
"Unikal" xəbər verir ki, ABŞ-in səsyazma Akademiyası süni intellekt tərəfindən yaradılan musiqinin mükafata vəsiqə qazanmasını qadağan edən yeni qayda tətbiq edib.
Bildirilib ki, müəllifi hər hanı bir şəxs olmayan əsər heç bir kateqoriya üzrə mükafata namizəd göstərilə bilməz. Namizədlər süni intellektdən istifadə edərək musiqi yarada bilərlər, lakin əsərdə insan əməyi üstünlük təşkil etməlidir. Lakin Akademiya süni intellektin musiqidə istifadəsini necə sübut edəcəyini və bunun bəstədəki nisbətini hanı necə dərəcə fərqi ilə qiymətləndiriləcəyini açıqlamayıb.