Sağlam həyat tərzi xərçəngə tutulma riskini 10%-dən çox azaldır.

"Unikal" xəbər verir ki, bu barədə Britaniya alimləri tədqiqat aparıblar.  

Bildirilir ki, mütəxəssislərin tövsiyələrinə əməl edən insanlar ağciyər və kolon xərçənginə tutulma riskini orta hesabla 10 faiz azaldır. 

Tövsiyələr arasında alkoqoldan, tütündən istifadədən imtina, aktiv həyat tərzi, fiziki fəaliyyət, meyvə və tərəvəzlərdən istifadə var.