Mərhum, sabiq Sənaye və Energetika naziri Natiq Əliyevin oğlu iş adamı Fərhad Əliyevin birinci evliliyindən olan qızı Aliyə Əliyeva ifaçılıq karyerasına başlayıb.
"Unikal" xəbər verir ki, sosial şəbəkə hesabında özünü "Lexa" təxəllüsü ilə təqdim edən Aliyə bəstəkar Emin Sabitoğlunun “Əlvida” adlı əsərini müassir aranjimanda ingilis dilində ifa edib.
Belə ki, A.Əliyeva səsləndirdiyi mahnını "Instagram" hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Aliyə Əliyeva Fərhad Əliyevin Sara adlı xanımla evliliyindən dünyaya gəlib. Hazırda isə Fərhad müğənni Safura Əlizadə ilə evlidir.