"Hazırda ölkədə qiymətli kağızlar bazarı üzrə fəaliyyət göstərən 12 şirkət var ki, onlardan biri də invest.az şirkətidir və onun fəaliyyəti Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov deyib.

“Son dövrlər  investisiya şirkətlərinin fəal aktivləşməsini görürük. Lakin bu istiqamətdə hələ görüləcək işlər çoxdur və bazarın potensialı çox böyükdür”.

R.Orucov qeyd edib ki, ödəniş təşkilatı və elektron pul təşkilatlarının nizamnamə kapitalının müəyyən edilməsi zamanı bir sıra ölkələrdəki təcrübələrə baxılır. 

Anar Kəlbiyev