Britaniya "Channel 5" telekanalı içərisində milyarderin də olduğu itkin düşən sualtı qayığın axtarışından bəhs edən sənədli film nümayiş etdirəcək.
"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilir ki. ekran işinin adı "Titanic Sub: Lost at Sea" olacaq. Filmdə səyahətin təfərrüatları, sərnişinlərin tərcümeyi-halı işıqlandırılacaq.
Qeyd edək ki, hazırda Atlantik okeanının şimal hissəsində itən sualtı nəqliyyat vasitəsinin axtarışları davam edir.