Parataekvondoçumuz Aynur Məmmədovaya yol-hərəkəti qaydalarını pozması ilə bağlı cərimə protokolu gəlib. 

"Unikal" xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb. 

Bildirib ki, protokolda qeyd edilən maşın ona məxsus deyil:

“Vaxt etdim və cəriməni ödəmək istəyəndə harada qayda pozduğuma baxdım. Protokola girib foto və videoya baxdıqda Bakı-Qazax yolunda “Mercedes” markalı sərnişin avtobusunu sürdüyümü görürəm. Bu da doğru, düzgün işləyən radarlar. Bunu paylaşmaqda məqsədim odur ki, cərimə gələn zaman foto-videoya baxmadan ödəniş etməyin”.