"Təəssüfki qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar və yenə də davam etdirirlər".

"Unikal" xəbər verir ki, bu barədə Laçında jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.

"May ayının 26-da iki erməni hərbiçisinin bizim sərhədi pozaraq silahlanmış şəkildə təxribat törətmək məqsədilə ölkə ərazisinə keçmələri və bizim hərbiçilər tərəfindən onların qanunsuz fəaliyyətinin qarşsıının alınması, digər tərəfdən iyunun 15-də yenə də Azərbaycan sərhəd xidmətinin əməkdaşlarına heç bir əsas olmadan yenidən təxribat törədilməsi bizim bir daha diqqətli olmamızı zəruri edir", - deyə Baş Prokuror bildirib.