Deputat Nizami Səfərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin ediləcək.
"Unikal" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin 24 iyunda keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Toplantıda N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi müzakirə ediləcək.