Göyçay Regional Mühafizə Şöbəsinin rəisi polis polkovnik-leytenantı Əhliman Eminov vəzifəsindən azad edilib.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə Əhliman Eminov Şəmkir Rayonlararası Mühafizə Şöbəsinə rəis təyin edilib.

Murad İbrahimli