Məşhur aktyor Kıvanç Tatlıtuğun oğlu Kurt Efenin üzünü ilk dəfə görüntülənib. 

"Unikal" xəbər verir ki, tez-tez övladının fotosunu sosial şəbəkədən paylaşarkən üzünü göstərməyən aktyor bu dəfə paparatsilərdən qaça bilməyib.  Foto qısa zamanda gündəm olub.  Bir çox izləyici Kurt Efenin atasına bənzədiyini qeyd edib. 

Bildirək ki,  Tatlıtuğ 2016-ci ildə Başak Dizerlə ailə həyatı qurub.