Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin xatirəsinə film çəkilir.

"Unikal" xəbər verir ki,  bu barədə rejissor Kənan MM  (Mahmudov) "Facebook"da məlumat paylaşıb. 

Bildirilir ki, “Qaranlıqdan nura” adlı filmdə Hacı Şahinin obrazını aktyor Tural Ağayev canlandıracaq.  Xatırladaq ki, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli martın 2-də ürəktutmadan vəfat edib.