Taylandda "Miss International Queen" gözəllik müsabiqəsi keçirilib.

"Unikal" xəbər verir ki, müsabiqədə 20 iştirakçı iştirak edib. Hollandiya vətəndaşı Solange Dekker dünyanın ən gözəl transgender qadını seçilib. Onunla yanaşı, ikinci və üçüncü yerləri Sinqapur və ABŞ-dan olan iştirakçılar qazanıb.

Bu il müsabiqə 11-ci dəfədir keçirilir. Qeyd edək ki, "Miss International Queen" dünyanın hər yerindən transgender qadınlar üçün keçirilən dünyanın ən böyük gözəllik müsabiqəsidir.