Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə qurumun inzibati binasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının tələbələrinin buraxılış işlərinin müdafiəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, təqdim edilmiş buraxılış işlərinin əksəriyyəti yüksək qiymətləndirilib və tələbələrin müdafiəsi müvəffəqiyyətlə başa çatıb.

Müdafiə prosesində Hüquq fakültəsinin Yekun Dövlət Attestasiya Komissiyasının sədri, Baş prokuror, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyevlə yanaşı, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, komissiyanın sədr müavini Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, kafedra müdirləri və Hüquq klinikasının rəhbəri iştirak edib.