Polşada keçirilən III Avropa Oyunlarında qadın stend atıcılarının skit yarışlarında təsnifat mərhələsi başa çatıb.

"Unikal" xəbər verir ki, Azərbaycan təmsilçiləri Regina Meftehəddinova 115 xalla 19-cu, Nurlana Cəfərova isə 109 xalla 26-cı olublar.

Atıcılarımız bu gün keçiriləcək finala vəsiqə qazana bilməyiblər.