Türkiyənin məşhur müğənnisi Yavuz Bingölün Şanlıurfada təşkil etdiyi konsertə cəmi 8 nəfərin qatılıb.
"Unikal" xəbər verir ki, sosial mediada paylaşılan görüntülərə görə, Bingöl səhnəyə çıxaraq “Bağışlayın, iyulun ilk həftəsində görüşərik” deyib və konserti ləğv etməli olub.
Gündəm yaradan xəbərdən sonra Bingöl İnstaqram hesabından video açıqlama paylaşıb. O,heç bir səbəb göstərmədən konsertin bayramdan sonraya təxirə salındığını bildirib.