Uzun fasilədən sonra "Arka Sokaklar"ın yeni mövsümü Kanal D-də yayımlanacaq.
"Unikal" Türkiyə mətbutına istinadən xəbər verir ki, finalsız yayımdan qaldırılan serialın çəkilişlərinə artıq başlanılıb.
Qeyd edək ki, 17 ildir Kanal D ekranlarında yayımlanan “Arka Sokaklar” serialı ötən il fasilə vermiş və sonra bu müddət uzadılmışdı. Ekran işində Zəfər Ergin, Özgür Ozan, İlker İnanoğlu və Ozan Çobanoğlu yer alır.