Çin sakini ağacları qucaqlamaq çağırışları sayəsində sosial şəbəkələrdə məşhurlaşıb.

"Unikal" xəbər verir ki,  bu barədə ölkənin "China Morning Post" nəşri məlumat yayıb.

Bildirilir ki, qadın ilk ağacını əri ilə gəzərkən qucaqlayıb. Bundan sonra onun dediyinə görə, baş ağrısı “sehrli” şəkildə yox olub və işin yaratdığı stress aradan qalxıb. Müsbət təcrübə çinli qadını öz hekayəsini başqaları ilə bölüşməyə təşviq edib ki, onlar da bundan faydalana bilsinlər.

Çinli əlavə edib ki, başqalarını qucaqlayanda həmişə əsəbi olur, onun mənfi enerjisinə dözə bilməyəcəklərindən narahat olur. Ancaq ağaclarla onun belə bir qorxusu yoxdur, çünki "sizi səssizcə və səbirlə dinləyəcəklər".

Qeyd edək ki, ənənəvi Çin təbabətinin tərəfdarları ağac və bitkilərlə bu cür təmasın həm fiziki, həm də psixi sağlamlıq üçün faydalı olduğunu iddia edirlər.