Ukrayna "Vaqner" PMC-nin yaradıcısı Yevgeni Priqojinin üsyanından faydalana bilmədi, çünki bu hadisələr döyüş meydanındakı vəziyyətə mənfi təsir göstərmədi.

"Unikal" xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” rəsmi mənbələrə istinadən məlumat yayıb. 

Nəşr bildirir ki, Ukraynada cəbhə xətti "qısa müddətdə dəyişməz qalacaq". Lakin Rusiyada baş verən hadisələrdən asılı olaraq, Ukrayna hərbçiləri Priqojinin üsyanından yararlana və “bir qədər irəliləyiş əldə edə” bilərdi.  

Amerika Xarici Siyasət Araşdırmaları İnstitutunun baş elmi işçisi Rob Linin fikrincə, “"Vaqner"lə Rusiya hökuməti arasında köhnə münasibətlər yəqin ki, bitib”.