ABŞ və digər Qərb dövlətləri Rusiyada üsyan cəhdində iştirak etməyiblər.

"Unikal" CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Ağ Evdə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ-ın bununla (Rusiyadakı qiyamı nəzərdə tutur. - red)  heç bir əlaqəsi olmayıb. 

Bayden əlavə edib ki, Rusiyadakı gələcək hadisələrdən asılı olmayaraq, ABŞ Ukraynaya yardımı davam etdirəcək.

Bundan əvvəl ABŞ kəşfiyyatının "Vaqner" PMC-nin rəhbəri Yevgeni Priqojinin üsyan hazırlamasından iki həftə əvvəl xəbər tutduğu və bu barədə Ağ Evə xəbərdarlıq etdiyi bildirilib.

“New York Times” qəzetinin yazdığına görə, ABŞ dövlət çevrilişində ittiham olunmamaq üçün bu məlumatları dərc etməmək qərarına gəlib.  Bir sözlə, onlar  Rusiya hakimiyyətinə kömək etmək istəmirdilər.

Gülayə Mecid