Aparıcı Xoşqədəm Hidayətqızı ilə müğənni Doğuşun boşanacağı iddia edilib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Bildirilib ki, 9 il əvvəl nikah masasına oturan cütlük bir müddət əvvəl bu qərarı alıb. Doğuş Xoşqədəmlə olan bütün fotolarını instaqramından silib. Eyni zamanda onu izləmədən çıxarıb.
Qeyd edək ki, Xoşqədəm və Doğuş cütlüyünün əkiz oğulları var.