PSJ-nin baş məşqçisi Kristof Qaltye irqi ayrı-seçkilik ittihamı ilə saxlanılıb.
"Unikal" xəbər verir ki, “Nitsa”da məşqçi olan zaman Qaltye bildirib ki, komandada qaradərili və müsəlmanlar çoxluq təşkil etməməlidirlər.
Qaltye ötən yaydan PSJ-nin sükanı arxasında idi. Daha əvvəl onun 2022/23 mövsümünün sonunda komandadan ayrılacağı, Luis Enrikenin isə parislilərin yeni baş məşqçisi olacağı bildirilirdi.