Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin həmkarı Uraz Kayğılaroğlunun ad günü ilə bağlı paylaşımı gündəm yaradıb.
"Unikal" xəbər verir ki, paylaşımda Nəsrinin Urazla səmimi münasibəti diqqətdən yayınmayıb.
Bununla yanaşı, videoda Bora Akkaşın hərəkətləri də gündəm mövzusu olub. Qeyri-etik davranışlarına görə məşhurlər tənqid olunub. Bundan sonra evli olan Bora sosial şəbəkə hesabından açıqlama verərək 8 aylıq hamilə arvadı Oben Alkandan üzr istəyib.
Qeyd edək ki, tərəflər "Üç Kuruş" serialında rol alıblar.