Amerika Milli Erməni Komitəsinin "Disney Plus"da yayımlanacaq türk seriallarının ləğvi çağırışını edib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla yanaşı, Amerika Milli Erməni Komitəsi (ANCA) sosial media hesabında paylaşım edərək "Disney Plus Türkiyə"nin "Atatürk" serialının ləğvini də tələb edib.
Aras Bulut İynemlinin baş rolda oynayacağı "Atatürk" serialının da ləğv olunduğu iddia edilərkən, platforma sükutu pozub. "Atatürk" serialının treylerini paylaşan platforma, "Orijinal Atatürk serialı çox yaxında, Cümhuriyyətimizin 100-cü ildönümündə efirdə" -deyə iddialara cavab verib.
Samirə Bahramova