Hollivud ulduzu Robert De Nironun nəvəsi Leandro De Niro Rodriqes 19 yaşında vəfat edib.

“Unikal” xəbər verir ki, bu barədə De Nironun qızı Drena instaqramda məlumat verib.

"Sənsiz necə yaşayacağımı bilmirəm. Kaş səni yalnız sevgi xilas edə bilərdi. Çox heyfsilənirəm, körpəm”, - deyə aktyorun qızı sosial şəbəkədə yazıb. O, oğlunun ölümünün təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, Drena De Nironun övladlığa götürdüyü qızıdır. Anası sənətçinin ilk həyat yoldaşı, aktrisa Dayan Abbottdur. De Niro Abbottla evləndikdən sonra Drenanı övladlığa götürüb və ona soyadını verib. 

Nuranə Abbasova