Batumidə keçirilən karate çempionatında növbəti erməni təxribatı qeydə alınıb.
"Unikal" xəbər verir ki, azərbaycanlı karateçi Alika Semihova finalda erməni rəqibinə qalib gəlib.
Məğlub olduğu ilə barışmayan erməni karateçi ona əl uzadan idmançımızı vurub.
Qeyd edək ki, bundan öncə həmin çempionatda ermənilər öz bayraqları ilə Azərbaycan bayrağını örtmək istəyiblər. Amma həmyerlimiz cəld onlara yaxınlaşaraq buna imkan verməyib.