“SpaceX” və “Tesla”nın qurucusu İlon Mask tviter hesabında 2023-cü ilin ən populyar tvitinə çevrilən karikaturasını yerləşdirib.
“Unikal”ın “Forbes”ə istinadən məlumatına görə, onun paylaşımı bəyənmə və retvit sayına görə Rihannanın körpəsi ilə olan fotosunu üstələyib.
“Tviteri olan, lakin heç vaxt heç nə paylaşmayan insanlar"”, - deyə fotoya şərh verilib. Maskın tviti 1,5 milyondan çox bəyənmə, 128 mindən çox retvit və 78 milyondan çox baxış toplayıb.
Tviterdə ikinci yerdə Rihannanın Rza Atelston Meyers adlı oğlunun ilk dəfə “Vogue” jurnalı üçün fotosessiyası üçün çəkdirdiyi şəklidir. Bu paylaşım 1,3 milyondan çox bəyənmə, 47 milyon baxış və 86 mindən çox retvit toplayıb.
Üçüncü ən populyar Tviter paylaşmı isə İlon Maskın iti Flokini təsvir edən yazısı olub. Bu tvitində Mask zarafatla iti Tvitter-in yeni CEO-su adlandırmışdı. Bu paylaşım 1,2 milyon bəyənmə, 139 milyon baxış və 89 mindən çox retvit toplayıb.