Beynəlxalq Şahmat Federasiyası VAR sistemini şahmatda da tətbiq etmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə federasiya açıqlayıb. 

FİDE onun himayəsi altında keçirilən turnirlərdə hakimlərə kömək etmək üçün şahmat VAR - idChess-dən istifadə etməyi düşünür. 

IdChess şahmat oyunçusu şikayət etdikdə aktivləşdirilir. Hakimin baxış əsasında oyunu dayandırmaq səlahiyyəti olacaq.

Qeyd edək ki, video köməkçi hakim (VAR) daha çox futbolda istifadə edilirdi. 

Ağarza Elçinoğlu