"Ötən ayın 25-də Yazıçılar Birliyinin sədri, görkəmli yazıçımız Anar müəllim zəng vurub mənə dedi ki, sizi birliyə üzv seçmişik, gəlib vəsiqənizi götürə bilərsiniz". 

Bunu "Unikal"a Əməkdar artist Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzvlüyü ilə bağlı açıqlamasında deyib. 

Müğənni qeyd edib ki, onun AYB-yə üzv seçilməsi üçün tanınmış şəxslər öz rəylərini bildiriblər: "Yazıçılar Birliyinə qəbul olmaq üçün bizim görkəmli şairlərimiz rəy bildirməlidirlər. Fəxr edirəm ki, millət vəkilimiz, professor Nizami Cəfərov mənə rəy verib.

Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri Vaqif Aslan və şairəmiz Cığatel xanım mənə rəy bildirdilər. Onlar mənim şeirlərimin fəlsəfəsini açdılar. 

Yeni kitabımın çapına da artıq hazırlıqlar gedir. Çingiz Abdullayev vəsiqəni mənə təqdim edərkən dedi ki, sizin kitabınızın təqdimatını burada keçirərik. Onlar çoxdan istəyirdilər ki, mən Yazıçılar Birliyinə üzv seçilim". 

Ağarza Elçinoğlu