Aktyor Vladimir Prixodko vəfat edib.
"Unikal"
xəbər verir ki, aktyor 88 yaşında dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, Prixodko Ukraynanın Xarkov vilayətində anadan olub. O, "Əməliyyat Y", "İnqilabdan doğuldu", "Budulayın qayıdışı", "Birinci atlı", "Heç xəyal etmədin", "Yenə də Aniskin" kimi layihələrdə yer alıb.